Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2009-cu il fevralın 10-da Əl-Küveyt şəhərində imzalanmış Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın yaradılması haqqında Saziş"in icrasını ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

 

Komissiyanın həmsədri

 

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

 

Komissiyanın üzvləri:

 

Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini

Tofiq Rəfiyev - Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Natiq Abbasov - Azərbaycan Respublikası sənaye energetika nazirinin müavini

Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət turizm nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə informasiya texnologiyaları nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Sabir İlyasov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Aftandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini

Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Şahin Abdullayev - Azərbaycan Respublikasının Küveyt Dövlətindəki fövqəladə səlahiyyətli səfiri

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Küveyt Dövləti tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 9 fevral.- S. 1.