Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli
80 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda və 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət
Proqramı"nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi və "Sumqayıtelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin və "Şəki Regional Enerji Təchizatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetməyə verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 7 sentyabr tarixli 2381 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 oktyabr tarixli 522 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 4, maddə 225; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 183 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illərdə) və "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın icrasının əsas yekunları" bölməsinin on dördüncü abzasında "və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin" sözləri "Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin;
1.2. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə Tədbirlər Planı"nın 4.3.1.12-ci, 4.3.1.13-cü, 4.3.1.31-ci, 4.3.1.32-ci, 4.3.1.46-cı, 4.3.3.47-ci, 4.3.3.48-ci, 4.3.5.16-cı, 4.3.5.31-ci, 4.3.5.32-ci, 4.3.5.48-ci, 4.3.5.49-cu, 4.3.5.68-ci, 4.3.5.56-cı, 4.3.5.84-cü bəndlərinin "Əsas icraçılar" sütununda "Sumqayıtelektrikşəbəkə" ASC" sözləri "Azərenerji" ASC" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 9, maddə 824; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 183 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na 1 nömrəli Əlavə - "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2008-2010-cu illər)"nın 2.3.3.1-ci bəndinin "İcraçı təşkilatlar" sütununda "Sumqayıtelektrikşəbəkə" sözü "Azərenerji" sözü ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 9 fevral.- S. 3.