Türkiyəli jurnalistlər AzərTAc-da
olmuşlar
Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dimin başçılığı ilə bir qrup türkiyəli jurnalist fevralın 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
Baş direktor Aslan Aslanov AzərTAc-ın yaranma zərurəti və keçdiyi tarixi inkişaf yolu barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, agentliyin inkişafının bir qərinədən artıq hissəsi görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin diqqət və qayğısı nəticəsində dünya informasiya məkanına çıxan AzərTAc beynəlxalq əlaqələrini ildən-ilə genişləndirir.
AzərTAc-ın Türkiyənin Anadolu Agentliyi ilə həm birbaşa, həm də bir sıra beynəlxalq qurumlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılmış, Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) çərçivəsində görülmüş işlər xüsusi qeyd edilmişdir.
Nümayəndə heyətinin rəhbəri Məhmət Əli Dim belə görüşlərin mətbuat sahəsində əlaqələrimizin daha da genişlənməsinə xidmət etdiyini söyləmişdir.
Ölkəmizə
səfər çərçivəsində Qubadakı
kütləvi məzarlığa da baş çəkdiklərini
diqqətə çatdıran qonaq ermənilərin azərbaycanlılara
qarşı törətdikləri vəhşiliklərdən
sarsıldıqlarını bildirmişdir.
Azərbaycan.- 2010.- 4 fevral.-
S. 2.