Azərbaycan Respublikasının Elm,
mədəniyyət və ədəbiyyat üzrə Dövlət
Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 113 nömrəli Sərəncamına əsasən qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2010-cu il
Azərbaycan.- 2010.-9
fevral.- S. 3.