Azərbaycan ilə Norveç arasında hüquq sahəsində əməkdaşlıq genişlənir

 

Azərbaycan Avropa dövlətləri ilə hüquq sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir. Əməkdaşlıq çərçivəsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun dəvəti ilə Norveç Krallığının ədliyyə polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, norveçli nazir fevralın 8-də Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin məzarını, habelə Şəhidlər xiyabanını ziyarət etmişdir.

Sonra iki ölkənin müvafiq qurumlarının rəhbərləri arasında görüş keçirilmişdir.

Ölkələrimiz arasında dostluq əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini deyən nazir F.Məmmədov Avropa ədliyyə nazirlərinin məişət zorakılığına qarşı mübarizəyə həsr olunmuş konfransının ötən ilin iyununda Norveçdə yüksək səviyyədə təşkil olunduğunu bu işdə həmkarının xüsusi rolunu vurğulamışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən köklü məhkəmə-hüquq islahatları barədə məlumat verən nazir, bu sahədə xarici dövlətlərlə nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən norveçli hüquqşünaslarla əməkdaşlığın əhəmiyyətini qeyd etmiş, müvafiq qurumlar arasında əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilmişdir.

Dövlətlərimiz arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyən Norveçin ədliyyə polis naziri Azərbaycana səfərindən məmnun qaldığını vurğulamış, məhkəmə ədliyyə, o cümlədən penitensiar sistemdə əldə olunmuş nailiyyətləri təqdir etmişdir. Qonaq ölkəsi üçün aktual olan bir sıra məsələlərə toxunmuş, xüsusilə istintaq təcridxanalarında sıxlığın aradan qaldırılmasının, həbsin əvəzinə alternativ qətimkan tədbirlərinə üstünlük verilməsinin əhəmiyyətini vurğulayaraq, bu sahədə təcrübə mübadiləsinin səmərəsini diqqətə çatdırmışdır.

Görüşdə əməkdaşlıq məsələləri müzakirə edilmiş, məişət zorakılığına qarşı qlobal mübarizənin gücləndirilməsi, birgə tədbirlərin təşkili, insan hüquqlarının etibarlı müdafiəsi ədliyyənin təkmilləşdirilməsi üzrə digər məsələlərə dair faydalı fikir təcrübə mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti Heydər Əliyev Ədliyyə tarixi muzeyləri, Azərbaycan-Norveç münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, qonaqlara Azərbaycan ədliyyəsinin müasir fəaliyyətini, habelə iki ölkə arasında əlaqələri əks etdirən xüsusi hazırlanmış jurnallar təqdim edilmişdir.

Görüşdə Norveç Krallığının Azərbaycandakı səfiri iştirak etmişdir.

Elə həmin gün norveçli nazir Knut Storberget müasir, beynəlxalq standartlara uyğun inşa olunmuş yeni Bakı istintaq təcridxanasına baş çəkmişdir.

 

 

Azərbaycan.- 2010.- 9 fevral.- S. 3.