Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycanın Rusiyadakı
səfiri, bəstəkar
Polad Bülbüloğlunu
65 illik yubileyi münasibətilə təbrik
etmişdir
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının bu ölkədəki səfiri Polad Bülbüloğlunu 65 illik yubileyi münasibətilə təbrik etmişdir.
Kremlin mətbuat xidmətindən bildirmişlər ki, təbrik teleqramında deyilir: "Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri kimi Siz ölkələrimiz və xalqlarımız arasında dostluq, tərəfdaşlıq əlaqələrinin inkişafı üçün çox işlər görürsünüz. MDB məkanında çoxtərəfli humanitar əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirirsiniz.
Belə məsul vəzifədə uğur
qazanmağınıza böyük
təcrübəniz, mürəkkəb
vəzifələrin həllinə
yaradıcı yanaşmaq
bacarığınız və
əlbəttə, geniş
tanınmağınız kömək
edir. Axı, Sizi - istedadlı bəstəkar və müğənnini təkcə
Rusiyada və Birlik dövlətlərində
deyil, dünyanın bir çox ölkələrində də
yaxşı tanıyırlar".
Azərbaycan.- 2010.- 5 fevral.- S. 5.