Məhkəmə-Hüquq
Şurasının geniş iclası keçirilmişdir
Fevralın 4-də Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının rəhbərliyi, Bakı, habelə digər rayon, şəhər məhkəmələri hakimlərinin, qeyri-hökumət təşkilatlarının, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilmişdir.
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı dövlət başçısının fərmanlarının icrası üzrə əldə edilmiş nəticələri vurğulamış, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi ötən 5 il ərzində görülən işlərə toxunmuşdur.
Qeyd edilmişdir ki, şura tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra və əmək intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər halların azaldılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilmiş, əsaslı təhlillər aparılaraq məhkəmə sisteminin təkmilləşdirilməsi və hakim ştatlarının artırılması ilə bağlı təkliflər verilmişdir.
Vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və regionlarda hüquq institutlarının inkişafı məqsədilə yeni regional apellyasiya və iqtisad məhkəmələri yaradılaraq fəaliyyəti təmin olunmuş, məhkəmələrdə baxılan işlərin sayının ötən illərlə müqayisədə xeyli çoxalması ilə əlaqədar hakim ştatlarının sayı 50 faiz, müvafiq olaraq məhkəmə aparatı işçilərinin sayı isə 60 faizədək artırılmış, o cümlədən bütün hakimlərə əlavə köməkçi ştatı ayrılmışdır. Hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 38 hakimin səlahiyyətlərinə xitam verilmiş, 100-dək hakim intizam məsuliyyətinə cəlb edilmiş, bütün məhkəmələrin tərkibləri tam təzələnmişdir.
Eyni zamanda, korrupsiya hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə bir çox mütərəqqi dəyişikliklərin edilməsi, o cümlədən hakimlərin müddətsiz təyinatının təsbit olunması, onların sosial təminatının xeyli yaxşılaşdırılması, habelə, hakimlərin Etik Davranış Kodeksinin qəbulu, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılması ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərmişdir.
Məhkəmə sisteminin mənəvi cəhətdən saf və hazırlıqlı hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərin seçilməsinin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilmiş, 1800-dək namizədlə aparılmış bu seçim prosedurları nəticəsində müvəffəqiyyət qazanmış 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin edilmişlər.
İlk dəfə olaraq imtahanlardan sonra namizədlər uzunmüddətli tədris kurslarına cəlb edilmişlər. Müasir tədris üsullarından istifadə edilməklə keçirilən həmin kurslar zamanı namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilmiş, insan haqları, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası, hakimin davranışı, məhkəmədə işin səmərəli təşkili və digər məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunmuş, namizədlər məhkəmələrdə, o cümlədən xaricdə təcrübə keçmişlər. Hazırda bütün birinci instansiya məhkəmələri hakimlərinin yarıdan çoxu qeyd edilən prosedurlarla seçilib təyin edilmiş şəxslərdir.
Hakim kadrlarına ehtiyac nəzərə alınaraq, 2009-cu ildə hakimliyə namizədlərin seçiminə başlanılmış, 80 nəfər hüquqşünas imtahanlardan keçərək tədris ili ərzində davam edəcək kurslara cəlb olunmuşdur.
Ədliyyə Akademiyasında keçirilən həmin kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil edilir.
Ümumiyyətlə, hakim ştatlarının artırılması və hakimlərin yeni qaydalarla seçilib təyin edilməsi nəticəsində son illər ərzində Ali Məhkəmə hakimlərinin ştat sayı 23-dən 38-ə, apellyasiya məhkəmələri hakimlərinin ştat sayı isə 2 dəfədən çox artırılaraq 49-dan 106-ya çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, bu rəqəm bu gün iki dəfə çoxalaraq 87 təşkil etmiş, habelə respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı xeyli artırılmışdır.
Bu isə öz növbəsində hakimlərin iş yükünün azalmasına, nəticə etibarilə, işlərə daha keyfiyyətli baxılmasına, yol verilən süründürməçilik və digər pozuntuların azalmasına səbəb olmuşdur.
Ötən dövr ərzində məhkəmə proseslərinin keyfiyyətli aparılması və hakimlərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə onlarla yeni məhkəmə binaları inşa edilmiş, yaxud əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Həmçinin aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi xarakterini görən nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən maliyyə qurumları bu sahəyə böyük maraq göstərmiş, Dünya Bankı ilə "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihənin icrasına başlanılmışdır. İntensiv davam etdirilən layihə çərçivəsində bir sıra apellyasiya və birinci instansiya məhkəmələrinin ən müasir bina və texnologiya ilə təmin olunması nəzərdə tutulur.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər 2009-cu ildə də uğurla davam etdirilmişdir. İclasda ölkə başçısı tərəfindən ötən il təsdiq olunmuş Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlər qeyd olunmuş, o cümlədən Bakıda və regionlarda müxtəlif instansiya məhkəmələri üçün yeni binaların tikilməsi məqsədilə ən layiqli ərazilərin ayrılması, müasir tələblərə cavab verən iş prosesinin təşkili və vətəndaşlar üçün əlverişli şəraitlərin yaradılması məqsədilə beynəlxalq təcrübəyə uyğun layihələrin hazırlanması bildirilmişdir.
İclasda hakimlərə metodiki yardımın gücləndirilməsinə, onların ixtisasının artırılmasına xüsusi əhəmiyyət verilərək, Məhkəmə-Hüquq Şurası tərəfindən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində müxtəlif sahələr üzrə zəngin tədris proqramlarının hazırlanması və cari ildə bütün birinci instansiya məhkəmələri hakimlərinin həmin proqramlara uyğun təcrübəli xarici mütəxəssislərin iştirakı ilə tədrisə cəlb edildiyi vurğulanmışdır.
Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlər bu gün də davam etdirilir. Dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizdə inzibati icraat haqqında qanun, habelə 2009-cu ildə İnzibati-Prosessual Məcəllə qəbul edilmiş, inzibati məhkəmələrin yaradılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən kompleks təşkilati tədbirlər hazırlanır, o cümlədən 2009-cu ildən inzibati icraatla bağlı hakimliyə namizədlər və aidiyyəti hakimlər üçün intensiv tədris kurslarına başlanılmışdır.
Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir. Türkiyə Ədliyyə Akademiyası ilə aparılmış danışıqlar nəticəsində 2009-cu ilin dekabr ayında bütün 80 nəfər hakimliyə namizəd üçün Türkiyədə inzibati icraat və inzibati məhkəmələrdə təcrübə ilə bağlı 2 həftəlik təlimlər təşkil olunmuşdur. Həmçinin, böyük bir qrup hakimlərdən, o cümlədən yerli iqtisad və apellyasiya instansiyası məhkəmələri sədrlərindən ibarət nümayəndə heyəti Almaniyada tədris səfərində olaraq inzibati məhkəmələrin fəaliyyəti ilə tanış olmuşlar.
Həmçinin hakimlər tərəfindən insan haqlarının pozulması, süründürməçilik və vətəndaşların haqlı narazılığına səbəb olan digər neqativ halların qarşısının alınması diqqət mərkəzində saxlanılmış, 2009-cu ildə 22 hakim barədə intizam icraatı başlanılmış, 2 nəfər məhkəmə sədri intizam qaydasında tutduğu vəzifədən azad edilmişdir.
İclasda bir sıra hakimlər tərəfindən ciddi nöqsan və qanun pozuntularına yol verilməsi ilə bağlı başlanılmış intizam icraatlarına baxılmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlar zamanı insan haqlarının müdafiəsinə xüsusi əhəmiyyət verilərək əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etmək məqsədilə məhkəmə nəzarəti institutu təsbit olunmuş, həbs qətimkan tədbirinin seçilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Lakin müəyyən edilmişdir ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilmir, qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsi, bu işə formal münasibət bəslənilməsi hallarına yol verilir.
Aparılmış müzakirələrin nəticələri üzrə bu sahədə ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiklərinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Qəhrəmanovanın, Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın, Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Kərimovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Svetlana İsmayılovanın və Yasamal Rayon Məhkəməsinin hakimi Svetlana Əhmədovanın intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Famil Nəsibova, Suraxanı Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevaya, Əzizbəyov Rayon Məhkəməsinin hakimi Fatma Miriyevaya, Yasamal Rayon Məhkəməsinin hakimi Abbas Rzayevə, Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil Məmmədovaya, Nizami Rayon Məhkəməsinin hakimi Şahin Atakişiyevə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şövkət Nəcəfovaya töhmət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevə və Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənova irad tutulmuşdur. Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilmişdir
Fevralın 4-də Məhkəmə-Hüquq Şurasının ali və apellyasiya məhkəmələrinin, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının rəhbərliyi, Bakı, habelə digər rayon, şəhər məhkəmələri hakimlərinin, qeyri-hökumət təşkilatlarının, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilmişdir.
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı dövlət başçısının fərmanlarının icrası üzrə əldə edilmiş nəticələri vurğulamış, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi ötən 5 il ərzində görülən işlərə toxunmuşdur.
Qeyd edilmişdir ki, şura tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra və əmək intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər halların azaldılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilmiş, əsaslı təhlillər aparılaraq məhkəmə sisteminin təkmilləşdirilməsi və hakim ştatlarının artırılması ilə bağlı təkliflər verilmişdir.
Vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və regionlarda hüquq institutlarının inkişafı məqsədilə yeni regional apellyasiya və iqtisad məhkəmələri yaradılaraq fəaliyyəti təmin olunmuş, məhkəmələrdə baxılan işlərin sayının ötən illərlə müqayisədə xeyli çoxalması ilə əlaqədar hakim ştatlarının sayı 50 faiz, müvafiq olaraq məhkəmə aparatı işçilərinin sayı isə 60 faizədək artırılmış, o cümlədən bütün hakimlərə əlavə köməkçi ştatı ayrılmışdır. Hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 38 hakimin səlahiyyətlərinə xitam verilmiş, 100-dək hakim intizam məsuliyyətinə cəlb edilmiş, bütün məhkəmələrin tərkibləri tam təzələnmişdir.
Eyni zamanda, korrupsiya hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə bir çox mütərəqqi dəyişikliklərin edilməsi, o cümlədən hakimlərin müddətsiz təyinatının təsbit olunması, onların sosial təminatının xeyli yaxşılaşdırılması, habelə, hakimlərin Etik Davranış Kodeksinin qəbulu, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılması ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərmişdir.
Məhkəmə sisteminin mənəvi cəhətdən saf və hazırlıqlı hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərin seçilməsinin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilmiş, 1800-dək namizədlə aparılmış bu seçim prosedurları nəticəsində müvəffəqiyyət qazanmış 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin edilmişlər.
İlk dəfə olaraq imtahanlardan sonra namizədlər uzunmüddətli tədris kurslarına cəlb edilmişlər. Müasir tədris üsullarından istifadə edilməklə keçirilən həmin kurslar zamanı namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilmiş, insan haqları, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası, hakimin davranışı, məhkəmədə işin səmərəli təşkili və digər məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunmuş, namizədlər məhkəmələrdə, o cümlədən xaricdə təcrübə keçmişlər. Hazırda bütün birinci instansiya məhkəmələri hakimlərinin yarıdan çoxu qeyd edilən prosedurlarla seçilib təyin edilmiş şəxslərdir.
Hakim kadrlarına ehtiyac nəzərə alınaraq, 2009-cu ildə hakimliyə namizədlərin seçiminə başlanılmış, 80 nəfər hüquqşünas imtahanlardan keçərək tədris ili ərzində davam edəcək kurslara cəlb olunmuşdur.
Ədliyyə Akademiyasında keçirilən həmin kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil edilir.
Ümumiyyətlə, hakim ştatlarının artırılması və hakimlərin yeni qaydalarla seçilib təyin edilməsi nəticəsində son illər ərzində Ali Məhkəmə hakimlərinin ştat sayı 23-dən 38-ə, apellyasiya məhkəmələri hakimlərinin ştat sayı isə 2 dəfədən çox artırılaraq 49-dan 106-ya çatdırılmışdır. Bakı şəhərinin rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq 45 hakim fəaliyyət göstərmişdirsə, bu rəqəm bu gün iki dəfə çoxalaraq 87 təşkil etmiş, habelə respublikanın digər rayon, şəhər məhkəmələri hakimlərinin sayı xeyli artırılmışdır.
Bu isə öz növbəsində hakimlərin iş yükünün azalmasına, nəticə etibarilə, işlərə daha keyfiyyətli baxılmasına, yol verilən süründürməçilik və digər pozuntuların azalmasına səbəb olmuşdur.
Ötən dövr ərzində məhkəmə proseslərinin keyfiyyətli aparılması və hakimlərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə onlarla yeni məhkəmə binaları inşa edilmiş, yaxud əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Həmçinin aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi xarakterini görən nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən maliyyə qurumları bu sahəyə böyük maraq göstərmiş, Dünya Bankı ilə "Ədliyyə sektorunun müasirləşdirilməsi" adlı birgə layihənin icrasına başlanılmışdır. İntensiv davam etdirilən layihə çərçivəsində bir sıra apellyasiya və birinci instansiya məhkəmələrinin ən müasir bina və texnologiya ilə təmin olunması nəzərdə tutulur.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər 2009-cu ildə də uğurla davam etdirilmişdir. İclasda ölkə başçısı tərəfindən ötən il təsdiq olunmuş Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlər qeyd olunmuş, o cümlədən Bakıda və regionlarda müxtəlif instansiya məhkəmələri üçün yeni binaların tikilməsi məqsədilə ən layiqli ərazilərin ayrılması, müasir tələblərə cavab verən iş prosesinin təşkili və vətəndaşlar üçün əlverişli şəraitlərin yaradılması məqsədilə beynəlxalq təcrübəyə uyğun layihələrin hazırlanması bildirilmişdir.
İclasda hakimlərə metodiki yardımın gücləndirilməsinə, onların ixtisasının artırılmasına xüsusi əhəmiyyət verilərək, Məhkəmə-Hüquq Şurası tərəfindən nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində müxtəlif sahələr üzrə zəngin tədris proqramlarının hazırlanması və cari ildə bütün birinci instansiya məhkəmələri hakimlərinin həmin proqramlara uyğun təcrübəli xarici mütəxəssislərin iştirakı ilə tədrisə cəlb edildiyi vurğulanmışdır.
Məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlər bu gün də davam etdirilir. Dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizdə inzibati icraat haqqında qanun, habelə 2009-cu ildə İnzibati-Prosessual Məcəllə qəbul edilmiş, inzibati məhkəmələrin yaradılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən kompleks təşkilati tədbirlər hazırlanır, o cümlədən 2009-cu ildən inzibati icraatla bağlı hakimliyə namizədlər və aidiyyəti hakimlər üçün intensiv tədris kurslarına başlanılmışdır.
Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir. Türkiyə Ədliyyə Akademiyası ilə aparılmış danışıqlar nəticəsində 2009-cu ilin dekabr ayında bütün 80 nəfər hakimliyə namizəd üçün Türkiyədə inzibati icraat və inzibati məhkəmələrdə təcrübə ilə bağlı 2 həftəlik təlimlər təşkil olunmuşdur. Həmçinin, böyük bir qrup hakimlərdən, o cümlədən yerli iqtisad və apellyasiya instansiyası məhkəmələri sədrlərindən ibarət nümayəndə heyəti Almaniyada tədris səfərində olaraq inzibati məhkəmələrin fəaliyyəti ilə tanış olmuşlar.
Həmçinin hakimlər tərəfindən insan haqlarının pozulması, süründürməçilik və vətəndaşların haqlı narazılığına səbəb olan digər neqativ halların qarşısının alınması diqqət mərkəzində saxlanılmış, 2009-cu ildə 22 hakim barədə intizam icraatı başlanılmış, 2 nəfər məhkəmə sədri intizam qaydasında tutduğu vəzifədən azad edilmişdir.
İclasda bir sıra hakimlər tərəfindən ciddi nöqsan və qanun pozuntularına yol verilməsi ilə bağlı başlanılmış intizam icraatlarına baxılmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlar zamanı insan haqlarının müdafiəsinə xüsusi əhəmiyyət verilərək əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etmək məqsədilə məhkəmə nəzarəti institutu təsbit olunmuş, həbs qətimkan tədbirinin seçilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Lakin müəyyən edilmişdir ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilmir, qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsi, bu işə formal münasibət bəslənilməsi hallarına yol verilir.
Aparılmış
müzakirələrin nəticələri üzrə bu sahədə
ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiklərinə
görə Məhkəmə-Hüquq Şurası tərəfindən
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin
hakimi Rəsmiyyə Qəhrəmanovanın, Yasamal Rayon Məhkəməsinin
hakimi Südabə Məmmədovanın, Sabunçu Rayon Məhkəməsinin
hakimi Yusif Kərimovun hakimlik səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri
Binəqədi Rayon Məhkəməsinin hakimi Svetlana
İsmayılovanın və Yasamal Rayon Məhkəməsinin
hakimi Svetlana Əhmədovanın intizam qaydasında iş
yerinin dəyişdirilməsi barədə qərar qəbul
edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin
hakimi Famil Nəsibova, Suraxanı Rayon Məhkəməsinin
hakimi Natavan Tağıyevaya, Əzizbəyov Rayon Məhkəməsinin
hakimi Fatma Miriyevaya, Yasamal Rayon Məhkəməsinin hakimi Abbas
Rzayevə, Binəqədi Rayon Məhkəməsinin hakimi Sevil
Məmmədovaya, Nizami Rayon Məhkəməsinin hakimi
Şahin Atakişiyevə, Sumqayıt Şəhər Məhkəməsinin
hakimi Şövkət Nəcəfovaya töhmət
verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin
hakimi Xəqani Tağıyevə və Səbail Rayon Məhkəməsinin
hakimi Elnur Həsənova irad tutulmuşdur.
Azərbaycan.- 2010.- 5 fevral.- S. 5.