Erməni caniləri və dağılmaqda olan Ermənistan

 

Qəddarlıq, qan tökmək, başqalarının varına, dövlətinə, torpağına göz dikmək, paxıllıq, yaltaqlıq, məqsədə yetmək üçün ayaqlara düşüb rəzilə çevrilmək insana Allah tərəfindən bəxş edilən keyfiyyətlər deyil. Allah həmişə haqq-ədalətin tərəfdarı olduğu üçün bəndələrinə bunu rəva görməz. Ancaq insana xas olmayan keyfiyyətlərin qandan-qana, nəsildən-nəslə keçməklə tərbiyə olunması, öz mühitindən, şəraitdən qidalanaraq şaxələnməsi, bəşəriyyəti sağalmaz bəlalara düçar etməsi şübhəsizdir.

Ermənilər də belə əqidəyə, sağalmaz bəlaya düçar olan xalqdır. Tarixən vahid bir ərazisi, paytaxtı olmayan ermənilərin özlərini böyük, ağıllı, qüdrətli, həm də geniş ərazilərə malik olan bir xalq adlandırmaları tarixi faktlara ziddir. Ermənilərin nə eradan əvvəl IX əsrdə indiki Türkiyə ərazisindəki Van gölü ətrafında yaradılan Urartu dövləti ilə, nə də Kiçik Asiya xalqlarının bir çoxunun əsasını təşkil edən qədim arameylərlə bir əlaqəsi var. Midiya ittifaqının yaranması dövründə də ermənilər bir tayfa kimi mövcud olmamışlar.

Akademik N.V.Marr erməni mənbələrinə əsaslanaraq yazır ki, ermənilərin kökü Hindistandan qaçıb gələn qaraçıların bir qolu olmuşdur. Bizansın şərqində (indiki Suriya-Livan ərazisində) onlar yerli əhali ilə qaynayıb-qarışmış və qardaşlaşmışlar. Ermənilərin qanında qaraçı qanı olduğunu bir çox qafqazşünas alimlər, V.İ.Veliçko da sübut edir. Ermənilərin dünyanın müxtəlif ölkələrinə səpələnməsi də bunu deməyə əsas verir.

Tarixçilər sübut edirlər ki, birinci erməni dövləti qədim Suriya ərazisində yaranmışdır. Xəyanət yolu ilə ermənilər Suriyanın əsas hissəsini özlərinə paytaxt etmişlər. Tarixi faktlara istinad edərək demək olar ki, həmin gündən başlayaraq bugünə kimi ermənilər özlərini qaniçən, yaltaq, paxıl, riyakar, araqarışdıran, işğalçı bir xalq kimi göstərmiş və müxtəlif dövrlərdə təcavüzkar planlarını həyata keçirmiş, bir çox xalqların torpaqlarını işğal edərək böyük bəlalar törətmişlər. Ermənilər Azərbaycan ərazilərinə XIX əsrin ortalarından köçürülməyə başlamışlar.

İşğalçılıq, öldürməyə hərislik ermənilərin qanındadır. Ermənilər öz övladlarını beşikdən bu ruhda tərbiyə edir, onları cəllad, qaniçən kimi böyüdürlər. Azərbaycan torpaqlarına təcavüzlər, illərlə xalqımızın başına gətirilən fəlakətlər, həyata keçirilən xəyanətlər bu tərbiyənin, mənfur siyasətin tərkib hissəsidir. Keçən əsrdə, eləcə də bugünün özündə erməni xəyanəti nəticəsində yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, şikəst olmuş, yüzlərlə şəhər və kəndimiz xarabalıqlara çevrilmişdir. Bir milyondan artıq insanı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycanın 20 faizdən çox ərazisi hazırda Ermənistanın əsarəti altındadır.

Ermənistan çətin iqtisadi-sosial vəziyyətdə olmasına baxmayaraq, beynəlxalq hüquq normalarına, Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması haqqında BMT-nin, nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə, göstərişlərinə məhəl qoymur, əksinə, dünyaya meydan oxuyur, Türkiyəyə, Gürcüstana qarşı torpaq iddialarından əl çəkmir, "Böyük Ermənistan" yaratmaq xülyası ilə özünün mənfur niyyətlərini həyata keçirmək üçün bütün çirkin vasitələrə əl atır.

Çox təəccüblüdür, görəsən, Ermənistan kimə arxalanır, bu yolla hara gedir və bu siyasətin axırını görürmü? Düzünü demək lazımdır ki, bu yol çox təhlükəli və qaranlıqdır, onun axırı pis görünür. Əlbəttə, bu gün Ermənistan kiməsə, hansısa dövlətə arxalana bilər, ancaq bu, perspektivsiz bir yol, yanlış mövqedir. Çünki hər bir dövlət öncə özünə, öz rəhbərinə, potensialına, gücünə arxalanmalı və bu çərçivədə hərəkət etməlidir. Əks təqdirdə o, himayəçisindən nə vaxtsa uzaq düşə bilər ki, bu da faciəyə bərabərdir. Ermənistanın bugünkü vəziyyəti onun gələcək faciəsinin elementlərini özündə əks etdirməklə bu dövlətin düzgün yolda olmadığını, fəlakətə doğru getdiyini göstərir. Ona görə ki, Ermənistanda iqtisadi və sosial durum acınacaqlı vəziyyətdədir, işsizlik, bahalaşma, vətəndaşların ölkəni tərk etməsi, insanların hakimiyyətdən narazılığı gündən-günə artır. İlk növbədə Ermənistanda dövlət başçısı ölkəni, xalqı idarə etməyə qadir deyil.

S.Sarkisyan hakimiyyəti xalqın iradəsinə, sağlam düşüncəyə deyil, silaha, gücə arxalanır, qətlləri, həbsləri, təqibləri vəziyyətdən çıxış yolu, zorakılığı hakimiyyəti əldə saxlamağın əsası hesab edir. Bu, səbəbsiz deyil, çünki Sarkisyan və onun komandası insanlığa xəyanəti, qan tökməyi, baş kəsməyi həyatlarının meyarı hesab edirlər. Dağlıq Qarabağın kəndlərində, işğal olunmuş Azərbaycan ərazilərində, Xocalıda axıdılan qanlar buna sübutdur. Ermənistan, erməni caniləri cinayətkarcasına bir neçə il bundan əvvəl Azərbaycan torpaqlarını işğal edib qan axıtdıqları, insanlara bəlalar gətirdikləri kimi, bu gün də öz sadə vətəndaşlarının qanını axıdırlar. Onlar hakimiyyətdə qalmaq, var-dövlət əldə etmək naminə günahsız insanları öldürür, başlar kəsir, Ermənistanı dağıdırlar. Bir neçə ildən sonra dağılmış Ermənistanı yenidən qurmaq, öldürülən insanları geri qaytarmaq mümkün olmadığı kimi, həm də erməni qatillərinin əməllərini də tarixdən silmək çətin olacaqdır.

Ermənistanda yaranmış vəziyyət ermənilərə havadarlıq edən ölkələrin xeyrinədir. Çünki onlar bu oyuncaq dövləti, xalqı həmişə əllərində saxlayıb onlardan xəyanətkar kimi istifadə etdikləri üçün ölkənin dirçəlməsini, acınacaqlı vəziyyətdən çıxmasını istəmirlər. Bu bədbəxt, milli psixoz xəstəliyinə tutulan xalq, iqtisadi qüdrəti, vətəndaş həmrəyliyi, sosial şəraiti yarıtmaz olan dövlət isə gələcəkdə heç kimə gərək olmayacağını hələ də dərk etmir. Kənardan edilən yardımlar, dilənçi payları ilə ölkəni idarə etməyin, xalqı ağ günə çıxarmağın mümkünsüzlüyü barədə deyilənlər ermənilərin qulağına girmir, onlar baş verə biləcək fəlakətləri görmürlər.

Bu gün Türkiyə ilə sərhədlərin açılmasına ümid edən, Rusiyanı özünə arxa bilən, ancaq fürsət düşən kimi Qərbin qucağına atılaraq Rusiyadan da üz döndərməyə hazır olan Ermənistan ümidi puça çıxandan, köməyini itirəndən sonra nə edəcəyini düşünürmü? Rusiya- Azərbaycan münasibətlərinin düz xətt boyunca inkişafı, ölkəmizin artan beynəlxalq və iqtisadi nüfuzu şimal qonşumuzu gündən-günə bizə yaxınlaşdırdığı halda, Ermənistan Rusiya üçün öz dəyərini itirir. Axı bu gün Ermənistan öz durumuna görə, demokratik imicini itirmiş bir dövlət kimi Rusiya, eləcə də Qərb üçün əlverişli bir dövlət sayılmır. Qonşu Gürcüstanın da Ermənistana münasibəti hərtərəfli və davamlı deyil. İranın bu ölkə ilə əlaqələrində gizli məqamlar mövcuddur. Ermənistan Türkiyə ilə münasibətlərini bərpa edə bilmir, bu ölkəyə qarşı soyqırımı və torpaq iddiası ilə çıxış edir və düşmənçilik niyyətlərindən əl çəkmir. Bu işğalçı ölkə Azərbaycana düşmən olmaqla hələ də torpaqlarımızın azad olunması barədə aparılan danışıqları yubadır. Münaqişənin sülh yolu ilə həll olunması üçün konkret addımlar atmır, təcavüzkar əməllərini davam etdirir.

Ermənistan bu gün ehtimallarla, şirin xülyalarla yaşayan, ancaq bu ehtimalların, xülyaların reallıqlara çevrilməsinin yolunu görməyən bir ölkədir. Böhran vəziyyətində olan, daxili ziddiyyətlər, qarşıdurmalar burulğanında boğulan bir dövlətin yerli-yersiz güc göstərməyə meyillənməsi, öz hərbi qüdrətindən danışması gülünc görünür.

Azərbaycan özünə və siyasətinə güvənir. O, qonşu dövlətlərlə və beynəlxalq aləmlə sağlam münasibət qurub. Heç bir ölkənin torpağında və varında gözü yoxdur. Ölkə Prezidenti İlham Əliyevin apardığı balanslaşdırılmış daxili və xarici siyasət xətti dövlətimizə dünyada böyük nüfuz qazandırır və Azərbaycanı demokratik, inkişaf edən bir ölkə kimi tanıdır. Artıq dünya Azərbaycan həqiqətlərini anlayır, qəbul edir və aparıcı dövlətlər əldə olunan nailiyyətlərimizi yüksək qiymətləndirirlər.

Ermənistan isə Azərbaycanın artan iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu, günün reallıqlarını, həqiqətləri görmək, başa düşmək, işğal etdiyi torpaqlardan geri çəkilmək, sağlam qonşuluq münasibətləri yaratmaq fikrində deyil. Cənab İlham Əliyev ən mötəbər tribunalardan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu, bu, mümkün olmadıqda, başqa vasitələrə əl atacağını dəfələrlə bəyan etmişdir. Azərbaycan xalqı öz Prezidentinin seçəcəyi hər hansı bir yolu dəstəkləyir və öz torpaqlarını düşməndən azad etmək üçün hər an silaha sarılmağa hazırdır.

Müharibə böhran vəziyyətində olan Ermənistan üçün dəhşətli nəticələrlə başa çata bilər. Reallıqları dərk edən bəzi erməni siyasətçiləri bunu yaxşı bilirlər. Təəssüflər olsun ki, Qarabağ kartı üstündə hakimiyyəti zəbt etmiş cinayətkar Ermənistan rəhbərləri öz vəzifələrində qalmaq üçün bu həqiqətləri malalayır, qəbul etmək istəmirlər.

Sarkisyan hakimiyyəti bəzi xarici ölkələrin təsiri nəticəsində Türkiyənin sərhədləri açacağına, mövcud protokolları ratifikasiya edəcəyinə ümid bəsləyir. Onlar bununla bir az nəfəslərini genişləndirmək, xalqda özlərinə inam yaratmaq istəyirlər. Ancaq Türkiyənin dövlət rəhbərləri dəfələrlə bəyan etmişlər ki, Azərbaycan torpaqları işğaldan azad olunmayınca sərhədlərin açılması mümkün deyil.

Dövlət başçısı cənab İlham Əliyev Türkiyənin bu mövqeyindən məmnunluğunu bildirərək qeyd edir: "Azərbaycan əmindir ki, Ermənistan tərəfindən işğal edilən torpaqlar, o cümlədən Dağlıq Qarabağ azad olunmayana qədər Türkiyə protokolları ratifikasiya etməyəcək".

Əlbəttə, protokolların ratifikasiya olunması Azərbaycandan çox Türkiyənin ziyanına işləyər. Belə olan halda Türkiyə regionda onun üçün ən yaxın və doğma olan qardaş Azərbaycanı itirə bilər. Bununla da bütün türk dünyasında, bütövlükdə dünyada öz nüfuzuna, mövqeyinə ağır zərbə vurar və təklənər.

Bugünün proqnozları, mövcud vəziyyət təcavüzkar Ermənistan üçün gələcəkdə yaxşı heç nə vəd etmir. Cinayətkar bir qrup tərəfindən idarə olunan Ermənistan gündən-günə çökür. Onun havadarları, rəhbərləri dağılmaqda olan bir ölkəni yaşatmağa nə qədər cəhd göstərsələr də, xalqı silah gücünə susmağa, itaət etdirməyə çalışsalar da, vəziyyət acınacaqlıdır, dözülməzdir. Ermənistanın düşdüyü böhrandan çıxacağına və bu ölkənin kimlərinsə köməyi ilə uzun müddət gərginliyə dözəcəyinə ümidlər tükənməkdədir. Belə olan halda gələcəkdə Ermənistan heç kimə lazım olmayacaq və erməni xalqı bu barədə ciddi düşünməlidir.

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.- 5 fevral.- S. 3.