Azərbaycan Prezidenti İlham Əliyevin Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşü

 

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi mədəni əlaqələrin inkişafı istiqamətində forumun keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulandı.

Qeyd olundu ki, Alman-Azərbaycan Forumu ölkələrimiz arasında müxtəlif sahələrə dair yeni layihələr həyata keçirmək niyyətindədir Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı fikirləri böyük maraq doğurur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 fevral.- S. 1.