Prezident İlham Əliyev
Münxen Təhlükəsizlik Konfransının "Təbii
sərvətlərin təhlükəsizliyi və dəyişən
qlobal güc" mövzusunda müzakirələrində
iştirak etmişdir
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Münxen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrində iştirak etmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olmuşdur.
Münxen Təhlükəsizlik Konfransı son onilliklər ərzində dünyanın ən əsas təhlükəsizlik siyasəti tədbirinə çevrilmişdir. Hər il dünyanın aparıcı siyasi xadimlərinin iştirak etdiyi bu konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik problemləri müzakirə olunur.
Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, deputatların, mütəxəssislərin, KİV təmsilçilərinin iştirak etdiyi bu nüfuzlu konfransın əsas tədbirlərindən biri olan "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələri açan moderator Freydrix Merz Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara minnətdarlıq bildirdi.
Prezident
İlham Əliyev konfransda çıxış etdi.
Azərbaycan.- 2010.- 7 fevral.- S. 2.