Səfər başa çatdı
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatmışdır.
Münxenin beynəlxalq hava limanından dövlətimizin başçısını
Almaniyanın yüksək
vəzifəli dövlət
və hökumət nümayəndələri yola
saldılar.
* * *
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır.
Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2010.-7
fevral.- S. 3.