Heydər Əliyev Fondu tərəfindən xalq artisti Ağaxan Abdullayevin musiqi albomu nəşr olunmuşdur

 

Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir.

Yüksək poliqrafik səviyyədə nəfis tərtibatda hazırlanmış nəşr xanəndənin həyat yaradıcılığını ətraflı əks etdirən albomdan üç kompakt diskdən ibarətdir. Albomda xanəndənin uşaqlıq gənclik illərindən, muğam dünyası ilə ilkin tanışlığın ömürlük məhəbbət tarixçəsindən söhbət açılır.

Böyük vurğunluqla dinlədiyi ustad sənətkarların aşıladığı muğam sevgisi vaxtilə gənc Ağaxanın həyatında böyük rol oynamışdır. Peşəkar sənətə yönələn yol A.Zeynallı adına Musiqi Məktəbindən, ustadların unudulmaz dərslərindən keçmişdir. Azərbaycan muğamının bənzərsiz gözəlliyi ömür boyu onu öz cazibəsində saxlamışdır.

Nəşrdəki kompakt disklərdə toplanmış musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında "Rast" dəstgahı, "Bayatı-kürd", "Zabul segah", "Rahab", "Bayatı-Qacar" muğamları, "Humayun" təsnifi xalq mahnıları yer almışdır.

Heydər Əliyev Fondunun Azərbaycan muğamının qorunması inkişafı istiqamətində təqdim etdiyi yeni musiqi albomu fondun növbəti uğurlu layihəsidir. Fond indiyədək "Qarabağ xanəndələri", "Muğam aləmi" musiqi albomları, tədris vəsaiti kimi hazırlanmış "Azərbaycan muğamı" multimedia toplusu, muğam ustadlarımız, xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin tanınmış kaman ustası, xalq artisti Habil Əliyevin həyat yaradıcılığından bəhs edən musiqi albomları nəşr etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 fevral.- S. 5.