"Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmişdir.

 

Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin s. keçirilməsi, xarici KİV teleradio kanallarında materialların hazırlanması yayılması nəzərdə tutulmuşdur.

Sənədə əsasən, idarə təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli bədii filmlər nümayiş etdiriləcəkdir.

Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər rayonlarda şəhid ailələrinə yardım göstəriləcəkdir.

İldönümü ərəfəsində internet şəbəkəsində Xocalı soyqırımını əks etdirən məlumatlar yeniləşdiriləcək, ölkə televiziya radiolarında, kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcəkdir.

Fevralin 26-da saat 17.00-da bütün ölkə ərazisində şəhid xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, həmin gün təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-10  fevral.- S. 1.