Azərbaycan Milli
Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura
təhsilinin maliyyələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikasında
elmi tədqiqatların
müasir standartlar səviyyəsində aparılmasını,
ölkənin elmi kadr potensialının artırılmasını və
Azərbaycan elminin beynəlxalq elm məkanına
inteqrasiyasının təmin
olunmasını daha da sürətləndirmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında
təhsil almaları üçün 500 min (beş
yüz min) manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci bəndində
nəzərdə tutulmuş
vəsaitin müəyyən
olunmuş qaydada ayrılmasını təmin
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 fevral 2010-cu il
Azərbaycan.- 2010.-9 fevral.- S. 1.