Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Vladimir Curgusun etimadnaməsini qəbul etmişdir.

Vladimir Curgus fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə dinamik inkişafından məmnunluq ifadə edildi, Azərbaycanın Serbiyada səfirliyinin açılması barədə qərarının önəmi vurğulandı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 fevral.- S. 1.