Azərbaycan Prezidenti İlham Əliyev Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Brahima Kulibalinin etimadnaməsini qəbul etmişdir.

Brahima Kulibali fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi digər sahələrdə inkişaf edəcəyinə əminliyini bildirdi diplomata ölkəmizdəki səfirlik fəaliyyətində uğurlar arzuladı.

Səfir Brahima Kulibali qeyd etdi ki, onun ölkəmizdəki diplomatik fəaliyyətinin əsas məramı iki ölkə arasında mövcud münasibətlərin inkişaf etdirilməsindən ibarət olacaqdır. Səfir bu istiqamətdə bütün səylərini əsirgəməyəcəyini dedi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 fevral.- S. 1.