İran İslam Respublikasının Prezidenti
zati-aliləri cənab
Mahmud Əhmədinejada
Hörmətli cənab
Prezident!
Milli bayramınız -
İslam inqilabı günü münasibətilə Sizi və
bütün xalqınızı şəxsən öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Azərbaycan ilə
İran arasındakı münasibətlər dərin tarixi
köklərə əsaslanan dostluq və mehriban qonşuluq ənənələrinə
malikdir. Əminəm ki, belə möhkəm təməllər
üzərində qurulmuş dövlətlərarası
münasibətlərimizin, qarşılıqlı maraq
doğuran əməkdaşlığımızın
inkişafı üçün birgə səylərimizi
bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost İran xalqına sülh
və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 11 fevral.- S. 1.