“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 853-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 148 nömrəli fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsi 15 gün müddətində “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın 8.8-ci bəndində nəzərdə tutulmuş sənədlərin nümunəvi formasını təsdiq etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 11 fevral.- S. 4.