Azərbaycan-İsrail əlaqələri inkişaf edir

 

Fevralın 10-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan Oqtay Əsədov Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana ilk səfərinin iki ölkə arasındakı əlaqələrə yeni impuls verəcəyini dedi. Ötən il İsrail Prezidentinin Azərbaycana səfər etdiyini xatırladan spiker həmin zaman imzalanmış sənədlərin ölkələrimiz arasındakı münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirdiyini diqqətə çatdırdı.

Görüş üçün təşəkkürünü bildirən İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana iki il yarım öncə etdiyi səfərdən sonra respublikamızın çox dəyişdiyini, bütün sahələrdə dinamik inkişafın yaxından hiss olunduğunu dedi. Qonaq Azərbaycanla İsrail arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi bu səfərinin ikitərəfli əlaqələrin genişlənməsi işinə töhfələr verəcəyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlər, tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.- 11 fevral.- S. 4.