Bakı müşavirəsində səslənən təkliflər İCAO-nun Monreal konfransına çıxarılacaqdır

 

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Bakıda keçirilən müşavirəsindən gözlədiyimiz əsas nəticələrdən biri son vaxtlar aviauçuşlar zamanı baş vermiş təxribatların qarşısının alınması ilə bağlı iştirakçıların təkliflərinin müzakirə olunmasıdır.

Bu fikri İCAO-nun Avropa Şimali Atlantika üzrə Regional Bürosunun direktoru Karsten Teyl jurnalistlərlə müsahibəsində söyləmişdir. Qonaq bildirmişdir ki, müşavirədə, həmçinin İCAO-ya üzv dövlətlərdə uçuşların təhlükəsizliyi üzrə informasiya mübadiləsi istiqamətində birgə sistem yaradılması, məlumatların mənbəyinin qorunması s. məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

K.Teyl Bakı müşavirəsində səslənən təkliflərin təşkilatın bu il martın 29-da Monrealda keçiriləcək konfransına çıxarılacağını diqqətə çatdırmışdır. Həmin konfransda hazırlanan hesabat isə İCAO-nun sentyabrda keçiriləcək Baş Məclisinin gündəliyinə daxil ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 fevral.- S. 10.