Azərbaycanın səyi nəticəsində Ermənistan mülki aviasiya üzrə regional qrupdan kənarda qalmışdır

 

Azərbaycan 2002-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) üzv qəbul olunan zaman Ermənistan tərəfindən yaradılan süni maneələrlə üzləşmişdi. Hazırda isə rəsmi Bakının səyi nəticəsində təcavüzkar Ermənistan aviasiya uçuşlarının təhlükəsizliyi üzrə beynəlxalq regional qrupdan kənarda qalmışdır.

Bunu İCAO-nun təşkilatçılığı ilə uçuşların təhlükəsizliyinə dair Bakıda keçirilən regional müşavirə zamanı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov jurnalistlərə müsahibəsində demişdir.

Müşavirənin birinci günündə belə bir təklif irəli sürülmüşdür ki, regionlar üzrə uçuşların təhlükəsizliyi təhlükəsizlik məsələlərinin araşdırılması üzrə qruplar yaradılsın. Artıq Ukrayna Qara dəniz Xəzər regionu üzrə təhlükəsizlik qrupunun yaradılmasını təklif etmişdir. Bu məsələ İCAO-nun bu ilin martında Monrealda keçiriləcək konfransında müzakirəyə çıxarılacaqdır. Biz çalışırıq ki, Ermənistanın daxil olmadığı regional qruplar yaradaq artıq buna nail oluruq. Yeni qrupda dörd ölkə - Azərbaycan, Türkiyə, Ukrayna Moldova birləşəcəkdir.

 

 

Azərbaycan.- 2010.-11  fevral.- S. 10.