Tarixi simasını saxlayan qədim Gəncə sürətlə inkişaf edir

 

Ulu öndərin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də qədim Gəncə şəhərinə səfərə gəlmişdir.

Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri çərçivəsində Gəncə şəhərində kompleks tədbirlər görülür. Ölkəmizin böyük sənaye iqtisadi mərkəzlərindən olan Gəncədə son illərdə aparılan quruculuq işləri şəhərin, bu bölgənin həyatına inkişaf, tərəqqi müasirlik gətirmişdir. Bunun nəticəsidir ki, 2009-cu ildə Gəncədə ümumi daxili məhsul istehsalı 245 milyon manata yaxın olmuşdur. Şəhərdə 1970-i daimi olmaqla 2 min 230 yeni yeri açılmışdır. Ümumilikdə, son 6 ildə 17 min 470 yeri açılmışdır. 2009-cu ildə şəhər Polis İdarəsi üçün yeni inzibati bina, daxili qoşunların zabitləri üçün 5 mərtəbəli yaşayış binası istifadəyə verilmiş, şəkər tikinti materialları istehsalı sahəsi, taxta emalı müəssisəsi yaradılmışdır. Dahi Nizami Gəncəvinin şəhərin mərkəzində ucaldılan abidəsinin ətrafı müasir milli memarlıq üslubunda yenidən qurulmuşdur. Şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, 100 mindən çox ağac əkilmişdir. İki min ildən çox yaşı olan qədim Gəncə aparılan kompleks tədbirlər hesabına indi qədimliklə müasirliyin qovuşduğu bir məkana çevrilmişdir.

Dövlət başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gəldi, ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 1.