Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında 2009-cu il noyabrın 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Azərbaycan Respublikası və Sloveniya Respublikası arasında 2009-cu il noyabrın 9-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum;

1.2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

1.3. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Sloveniya Respublikasının Minatəmizləmə və Minadan Zərərçəkənlərə Yardım üzrə Beynəlxalq Etimad Fondu arasında əməkdaşlıq haqqında Memorandum.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.3-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Sloveniya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.-12  fevral.- S. 3.