"Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi və Birləşmiş Millətlər Təşkilatının
Uşaq Fondu
(YUNİSEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə
olunması mexanizminin
yaradılması" layihəsinin həyata keçirilməsi
üçün birgə əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nu imzalamaq səlahiyyətinin
verilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının təhsil naziri Misir Cumayıl oğlu Mərdanova, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Həsən oğlu Ələkbərova və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumu imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının təhsil naziri Misir Cumayıl oğlu Mərdanova, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Həsən oğlu Ələkbərova və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (YUNİSEF-ə) müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2010-cu il
Azərbaycan.- 2010.-12 fevral.- S. 3.