"Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli sərəncamına əlavə edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. "Azərbaycan Respublikası hökuməti Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 419; 2009-cu il, ¹ 1, maddə 17) 1-ci bəndində sonuna "Elxan Qəhrəmanov - Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə səlahiyyətli səfiri" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən əlavə barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 3.