2009-cu il noyabrın 27-də Havana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiKuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu (Təşkilatı) arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2009-cu il noyabrın 27-də Havana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu (Təşkilatı) arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Kuba Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 3.