2009-cu il
mayın 22-də Astana şəhərində
Müstəqil Dövlətlər Birliyinin
Hökumət Başçıları Şurasının
iclasında imzalanmış "1979-1989-cu illərdə Əfqanıstanda
müharibə dövründə xəbərsiz itkin düşmüş
hərbi qulluqçuların axtarışının,
basdırılma yerlərinin axtarışının,
eksqumasiyasının,
qalıqlarının eyniləşdirilməsinin və
onların Vətənlərində yenidən dəfn edilməsinin
davam etdirilməsi haqqında Qərar"ın
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2009-cu il mayın 22-də Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında imzalanmış "1979-1989-cu illərdə Əfqanıstanda müharibə dövründə xəbərsiz itkin düşmüş hərbi qulluqçuların axtarışının, basdırılma yerlərinin axtarışının, eksqumasiyasının, qalıqlarının eyniləşdirilməsinin və onların Vətənlərində yenidən dəfn edilməsinin davam etdirilməsi haqqında Qərar" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Qərarın həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Qərarın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 12 fevral.- S. 3.