2009-cu il dekabrın 29-da Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Estoniya Respublikasının Sərhəd Mühafizəsi İdarəsi arasında əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2009-cu il dekabrın 29-da Tallin şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Estoniya Respublikasının Sərhəd Mühafizəsi İdarəsi arasında əməkdaşlığa dair Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Estoniya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 3.