Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanmış sənədlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2009-cu il noyabrın 12-də Minsk şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş;

1.2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik NazirliyiBelarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında məxfi informasiyanın mühafizəsinin təmin edilməsində qarşılıqlı əlaqəyə dair Saziş;

1.3. Azərbaycan Respublikasının Təhsil NazirliyiBelarus Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin 2010-2011-ci illərdə həyata keçirilməsi barədə Protokol;

1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi arasında əməkdaşlığa dair Saziş;

1.5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş;

1.6. Azərbaycan Respublikasının Şəki rayonuBelarus Respublikasının Minsk vilayətinin Slutsk rayonu arasında əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 3.