“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə
edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 15 dekabr tarixli
931-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
“Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavə edilməsi haqqında” Azərbaycan
Respublikasının 2009-cu il 15 dekabr tarixli 931-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavə edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində “Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 12 fevral.- S. 3.