AMEA-da brifinq keçirilmişdir
Fevralın 11-də Azərbaycan
Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin
2010-cu il fevralın
9-da imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının
gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura
təhsilinin maliyyələşdirilməsi
haqqında" Sərəncam
ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri
üçün brifinq
keçirilmişdir.
Brifinqdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış
edərək Prezident İlham Əliyevin müvafiq sərəncamının
əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir
ki, Prezident Sərəncamının ölkəmizdə
elmin inkişafında,
elmi kadr potensialının artırılmasında
və Azərbaycan elminin dünya elminə inteqrasiya olunmasında önəmli
rolu olacaqdır.
O, Prezident
İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin
inkişafı üzrə
Milli Strategiya"nın
və "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya"nın həyata
keçirilməsi ilə
bağlı Dövlət
Proqramı"nın əhəmiyyətini
xatırladaraq respublikamızda
elmin tərəqqisinə
daim böyük önəm verildiyini diqqətə çatdırmışdır.
Prezident Sərəncamının sonsuz
maraq və rəğbətlə qarşılandığını
qeyd edən akademik M.Kərimov elm sahəsinə göstərilən
diqqət və qayğıya görə dövlətimizin başçısına
minnətdarlığını bildirmişdir.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə Prezident Sərəncamının
mahiyyəti və bununla bağlı həyata keçirilən
tədbirlər barədə
məlumat vermişdir.
Gənc alimlərin
Avropanın elmi mərkəzlərinin doktoranturalarında
təhsil almaları üçün 2010-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan 500 min manat məbləğində
vəsaitin ayrılması
nəzərdə tutulur.
Akademik A.Əlizadə bildirmişdir
ki, müvafiq Müsabiqə Komissiyası
xarici ölkələrdə
(Almaniya, Fransa, Belçika, Avstriya, İspaniya və s.) doktoranturada təhsil almaq üçün göndəriləcək 10 namizədi
müəyyənləşdirmişdir. Onlar elmin
ayrı-ayrı sahələrində
prioritet istiqamətlər
üzrə təhsillərini
davam etdirəcəklər.
Sonra akademiklər M.Kərimov və A.Əlizadə jurnalistləri maraqlandıran
suallara cavab vermişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 12 fevral.- S. 5.