Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbi ilə tanış olmuşdur

 

Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olmuşdur.

Tikintisinə 2008-ci ilin martında başlanmış 540 şagird yeri olan musiqi məktəbinin binası ötən ilin iyununda istifadəyə verilmişdir. Ağdaş şəhərinin mərkəzində yerləşən məktəbdə 36 sinif otağı, 200 yerlik konsert zalı muzey vardır.

Lazımi inventar avadanlıqla təmin olunmuş məktəbin ətrafı abadlaşdırılmış yaşıllıq zolaqları salınmışdır. Məktəbin ayrıca havalandırma sistemləri transformator stansiyası vardır.

Məktəbin birinci mərtəbəsində xalq artisti, kamança ustadı Habil Əliyevə həsr olunmuş muzey yaradılmışdır.

Xalq artisti Habil ƏLİYEV dövlətimizin başçısını məktəbdə salamlayaraq dedi:

- Möhtərəm cənab Prezident! Sizi burada görməyimə çox şadam! Mən uşaqlara danışıram, deyirəm ki, oxuduğum məktəb iki köhnə uçuq evdən ibarət idi. Dərs dediyim kənddə isə bayırda qarın-yağışın altında dayanırdıq, əlim tutmurdu. Ancaq bu məktəbi görəndən sonra istəyirəm təzədən oxuyam.

Prezident İlham ƏLİYEV: Bu məktəb doğrudan da çox gözəldir, həm xarici görünüşü, indi mən baxacağam, həm eşitdiyimə görə daxili çox gözəl tərtib olunub. Bu məktəb sizin adınızı daşıyır.

Habil ƏLİYEV: Allah Sizi qorusun! Hamısı Sizin verdiyiniz böyük qiymətdir. Mən layiq olmasam da, bu qiyməti vermisiniz.

Prezident İlham ƏLİYEV: Siz buna layiqsiniz mən çox şadam ki, Ağdaşda belə gözəl məktəb tikilib. Mənə deyirlər ki, burada musiqi məktəbinin böyük ənənələri vardır. Hələ 30-cu illərdə məktəb qurulmuşdur. Amma bu məktəbin bu gün, yeni dövrdə, yeni müasir səviyyədə yaradılması böyük hadisədir.

Habil ƏLİYEV: Bu məktəbdən heç harada yoxdur.

Prezident İlham ƏLİYEV: Biz gərək öz milli musiqimizi təbliğ edək, həm dünyada, həm Azərbaycanda. Xüsusilə uşaqlar, gənc nəsil bu işlərə qoşulmalıdır.

Habil ƏLİYEV: Siz lazımdırsa, hamısını edirsiniz. O gün olsun ki, biz edək.

Prezident İlham ƏLİYEV: Siz çox etmisiniz. İndi gərək biz edək ki, həm Sizin fəaliyyətinizi layiqincə qiymətləndirək, həm Azərbaycanı bax bu cür hərtərəfli inkişaf etdirək. Əlbəttə ki, ölkəmizin inkişafı üçün sənaye potensialı, iqtisadi inkişaf başqa məsələlər çox vacibdir. Amma mədəniyyət sahəsində görülən işlər - onlar xalqımızı yaşadacaqdır.

Biz 20 ilə yaxındır ki, müstəqil ölkəyik. Əgər öz musiqimizi, öz ədəbiyyatımızı, dilimizi saxlamasaydıq, biz müstəqil ölkə kimi necə yaşaya bilərdik. Azərbaycan bunun hesabına müstəqil ölkə kimi yaşayır. Azərbaycan xalqı bunun hesabına inkişaf edir. Ona görə biz mütləq öz milli musiqimizi, ədəbiyyatımızı, mədəniyyətimizi qorumalıyıq. Hansı yollarla?! Bax bu cür. Həm məktəblərin tikintisi, həm mədəniyyət xadimlərinə dövlət tərəfindən göstərilən qayğı, həm ki, mədəniyyət sahəsində dövlət siyasətinin düzgün şəkildə aparılması yolu ilə. Bax bu məsələlər kompleks şəkildə bugünkü Azərbaycanın, necə deyərlər, müasir simasını əks etdirir.

Habil ƏLİYEV: Möhtərəm Prezident, həmin Ağdaşdır. Təsəvvürünüzə gətirin ki, bu məktəb burada niyə belə gözəl çıxdı? Niyə belə gözəl məktəb yarandı? Çünki ölkəmizi, xalqımızı idarə edənlər xalqımızın öz balalarıdır. Allah Sizi əskik eləməsin. Vallah, indiyə qədər çoxlarının dilini bilməmişik, ölkəmizi idarə ediblər. onlar bizim dilimizi bilib, biz onların dilini. İndi xalqı da, ölkəni xalqın öz balaları idarə edirlər. Onunçün belə məktəbimiz olacaqdır. Gələcəkdə lap bundan da artığı olacaqdır. Hamısına inanıram. Allah Sizi qorusun! Allah Sizi əskik eləməsin!

Prezident İlham ƏLİYEV: Sağ olun. Ağdaşda nəinki bu gözəl məktəb tikilib, başqa tədbirlər , başqa gözəl işlər görülür. Bu gün iştirak edəcəyim mərasimdə yeni, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Bu da bizim xalqımızın sağlamlığının təminatıdır. Ən gözəl, ən müasir avadanlıq, gözəl xəstəxana. Doğrudan, bütün şərait olacaqdır. Bundan başqa, Asiya İnkişaf Bankı ilə bərabər, Ağdaşın su-kanalizasiya problemləri həll olunmağa başlayıbdır. Bu da böyük layihədir. Böyük vəsait tələb edən layihədir. O da sudur. O da, yəni insanların sağlamlığıdır. Demək olar ki, bütün bölgələrdə belə işlər gedir ölkəmiz ona görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir.

 

* * *

 

Prezident İlham Əliyev məktəbdəki Habil Əliyev muzeyinə baxdı. Burada görkəmli sənətkarın büstü qoyulmuşdur. Muzeyin ən qiymətli eksponatları arasında Habil Əliyevin vaxtilə ulu öndər Heydər Əliyevlə, Prezident İlham Əliyevlə, həmçinin Heydər Əliyev Fondunun kamança ustadına bütövlükdə musiqi mədəniyyətimizə göstərdiyi qayğını əks etdirən şəkillər vardır. Burada fondun muzeyə bağışladığı hədiyyələr, rəmzi kamança maketi, disklər, Habil Əliyev haqqında kitab, "Muğam ensiklopediyası", "Ustad xanəndələr", "Qarabağ xanəndələri", "Muğam dəstgahları" "Gənc xanəndələr" albomları vardır. Muzeydə, həmçinin xalq artistinin çoxsaylı təltifləri digər maraqlı eksponatlar da saxlanılır.

Prezident İlham Əliyev məktəbdə təlim prosesi ilə tanış oldu, konsert salonunda məktəbin ansamblının ifasında dahi Üzeyir Hacıbəylinin "Koroğlu" operasından bir parçanı dinlədi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 fevral.- S. 1.