Ukrayna Regionlar
Partiyasının lideri
cənab Viktor Yanukoviçə
Hörmətli Viktor Fyodoroviç!
Ukrayna prezidenti seçkilərində
qələbəniz münasibətilə
Sizi ürəkdən
təbrik edirəm.
Azərbaycan və Ukrayna tarixən sıx dostluq, qarşılıqlı
dəstək və etimad telləri ilə bağlıdır. Əminəm ki, bu xeyirxah
ənənələrə əsaslanan dövlətlərarası
münasibətlərimiz, strateji
tərəfdaşlığımız, çoxşaxəli və
konstruktiv əməkdaşlığımız
xalqlarımızın mənafeyi,
regionda sülh və sabitlik naminə bundan sonra da dinamik
inkişaf edəcək
və möhkəmlənəcəkdir.
Hörmətli Viktor Fyodoroviç,
Sizə möhkəm cansağlığı, səadət
və dövləti fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 12 fevral
2010-cu il
Azərbaycan.-
2010.-13 fevral.- S. 1.