Göyçay rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Göyçay rayonuna gəlmişdir.
Son illər respublikamızda aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində Göyçay rayonunun da siması tamamilə dəyişmişdir. Respublikamızın inkişafında mühüm rol oynayan Göyçay rayonu Azərbaycanın sosial-iqtisadi tərəqqisinə layiqli töhfələr verir. Təsadüfi deyildir ki, 2009-cu ildə burada 138,7 milyon manatlıq ümumi məhsul istehsal edilmişdir. Bu, əvvəlki illə müqayisədə 11,8 faiz çoxdur. Ötən il rayonda mövcud olan güclü sənaye potensialından daha səmərəli istifadə edilmiş, əhalinin güzəranı yaxşılaşdırılmışdır. Son beş ildə Göyçayda 6 min 745 yeni iş yeri açılmışdır.
Rayonda aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərində Heydər Əliyev Fondu yaxından iştirak edir.
Göyçayda aqrar sektorun inkişafına da xüsusi diqqət yetirilir. Keçən il 49 min 877 ton meyvə
tədarük edilmişdir.
Rayonun enerji təminatının
etibarlılığını artırmaq məqsədi ilə xüsusi tədbirlər görülmüşdür.
Şəhər əhalisinin təbii
qazla təminatının
yaxşılaşdırılması üçün yeni qaz xətti çəkilmişdir.
Cari ildə "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda
Göyçay rayonu üzrə nəzərdə
tutulmuş tədbirlərin
icrası davam etdiriləcəkdir. "Ekologiya
ili" çərçivəsində
hər yerdə yaşıllaşdırma kampaniyası
həyata keçirilir.
Göyçayda cari ildə
50 min ağacın əkilməsi
nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısı ümummilli
lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində
ucaldılmış abidəsini
ziyarət etdi, önünə gül dəstəsi qoydu.
AzərTAc
Azərbaycan.- 2010.- 13 fevral.- S. 4.