Yanğın təhlükəsizliyi
sahəsində Azərbaycan Respublikası Prezidentinin
bəzi fərmanlarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Yanğın təhlükəsizliyi
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 106 nömrəli
fərmanının icrasını təmin etmək məqsədilə
qərara alıram:
1. "Yanğın təhlükəsizliyi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹
5, maddə 416; 2004-cü il, ¹6, maddə 437; 2005-ci il, ¹ 4, maddə
303; 2007-ci il, ¹ 6, maddə 601) 2-ci bəndində
aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci-yeddinci
abzaslar aşağıdakı
redaksiyada verilsin:
"Yanğın
təhlükəsizliyi haqqında"
Azərbaycan Respublikası
Qanununun 4-cü maddəsinin
birinci hissəsinin
8-ci, 14-cü və 18-ci bəndlərində,
9-cu maddəsinin beşinci
hissəsində (ikinci
halda) və 29-cu maddəsinin üçüncü
hissəsində (ikinci
halda) nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
həmin qanunun
4-cü maddəsinin birinci
hissəsinin 2-ci, 7-ci, 9-cu, 10-cu və 12-ci bəndlərində,
17-ci maddəsinin üçüncü
hissəsinin ikinci cümləsində, 22-ci maddəsinin
ikinci və üçüncü hissələrində,
27-ci maddəsinin altıncı
hissəsində (ikinci
halda) nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın və
19-cu maddəsində (birinci
halda) nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
həmin qanunun
4-cü maddəsinin birinci
hissəsinin 1-ci, 3-cü, 4-cü,
6-cı, 11-ci, 13-cü, 15-ci və
16-cı bəndlərində, 6-cı maddəsinin ikinci hissəsinin 1-ci, 8-10-cu bəndlərində,
7-ci maddəsinin ikinci
hissəsinin 2-ci, 6-cı və
7-ci bəndlərində, 9-cu maddəsinin birinci-dördüncü
hissələrində və
beşinci hissəsində
(birinci halda), 10-cu maddəsinin birinci hissəsinin birinci cümləsində (ikinci
halda) və ikinci hissəsində,
11-ci maddəsinin birinci
hissəsinin ikinci cümləsində, 14-cü maddəsinin
üçüncü və
dördüncü hissələrində,
15-ci maddəsinin üçüncü
hissəsində (ikinci
halda), 16-cı maddəsinin
üçüncü hissəsində,
18-ci maddəsinin birinci
və dördüncü
hissələrində, 19-cu maddəsində (ikinci halda), 20-ci maddəsinin ikinci hissəsində,
21-ci maddəsinin ikinci
hissəsində, 24-cü maddəsinin
beşinci hissəsində,
25-ci maddəsinin birinci
hissəsinin ikinci cümləsində, ikinci
və üçüncü
hissələrində, üçüncü
hissəsinin 10-cu bəndində,
dördüncü və
beşinci hissələrində,
27-ci maddəsinin birinci-üçüncü
hissələrində, beşinci
hissəsinin birinci cümləsində (birinci
və ikinci halda) və ikinci cümləsində,
altıncı hissəsində
(birinci halda), yeddinci hissəsində (birinci və ikinci halda), IV fəslinin adında, 28-ci maddəsinin adında, birinci-dördüncü hissələrində,
29-cu maddəsinin adında,
birinci hissəsində,
ikinci hissəsində
(birinci və ikinci halda), üçüncü hissəsində
(birinci halda) və dördüncü hissəsində, 30-cu maddəsinin
adında, birinci-üçüncü
hissələrində, 31-ci maddəsinin adında və birinci hissəsində, 32-ci maddəsinin
adında və birinci hissəsində,
33-cü maddəsinin adında,
birinci və ikinci hissələrində,
34-cü maddəsində, 35-ci maddəsinin adında və birinci hissəsində (birinci və ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın və
11-ci maddəsinin ikinci
hissəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi həyata keçirir;
həmin qanunun
4-cü maddəsinin birinci
hissəsinin 20-ci bəndində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
və 24-cü maddəsinin
dördüncü hissəsində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanları"nın
səlahiyyətlərini yerli
icra hakimiyyəti orqanları həyata keçirir;
həmin qanunun
5-ci maddəsinin adında
və birinci hissəsində, 10-cu maddəsinin
birinci hissəsinin birinci cümləsində
(birinci halda), 15-ci maddəsinin üçüncü
hissəsində (birinci
halda) və 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini
mərkəzi və yerli icra hakimiyyəti
orqanları həyata keçirir;
həmin qanunun
20-ci maddəsinin üçüncü
hissəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi Dövlət Statistika Komitəsi ilə razılaşdırmaqla
həyata keçirir;";
1.2. səkkizinci, doqquzuncu
abzaslar çıxarılsın
və onuncu abzas səkkizinci abzas hesab edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 19 aprel tarixli 394 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹ 4, maddə 326;
2008-ci il, ¹2, maddə 50, ¹ 4, maddə 260, ¹ 6, maddə 508; 2009-cu il,
¹ 9, maddə
687; Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 21
dekabr tarixli 195 nömrəli fərmanı)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 8.2.8-ci bənddə
"xidmətlərinin" sözü "bölmələrinin"
sözü ilə əvəz edilsin;
2.2. 8.42-ci bənddə
"könüllü və
idarədənkənar yanğınsöndürmə
dəstələrinin" sözləri
"idarədənkənar və könüllü yanğından mühafizə
bölmələrinin (dəstələrinin)"
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 29 dekabr tarixli 511 nömrəli fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹ 12, maddə 1058;
2008-ci il, ¹ 11, maddə 980, ¹ 12, maddə 1069)
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin Dövlət Yanğın
Nəzarəti Xidməti
haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 7.2-ci və
8.11-ci bəndlərdə "norma və qaydalarının"
sözləri "sahəsində
normaların, standartların
və qaydaların"
sözləri ilə əvəz edilsin;
3.2. 8.5-ci bənddə
"xidmətlərinin" sözü "bölmələrinin
(dəstələrinin)" sözləri ilə əvəz edilsin;
3.3. 9.3-cü bənddə
"qaydalarının" sözü "sahəsində
normaların, standartların
və qaydaların"
sözləri ilə əvəz edilsin;
3.4. 9.4-cü bənddə
"xidməti" sözü
"bölməsi (dəstəsi)"
sözləri ilə,
"orqanlarının" sözü "qurumlarının"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 13 fevral.- S. 6.