İCAO-nun auditləri Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir

 

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirmişdir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) keçirdiyi auditlərin nəticələri ölkəmizdə uçuşların təhlükəsizliyinin yüksək səviyyədə olduğunu sübut etmişdir.

İCAO-da universal audit proqramı fəaliyyət göstərir. Təşkilat vaxtaşırı müxtəlif ölkələrin mülki aviasiya sistemində uçuşların təhlükəsizliyinə dair yoxlamalar keçirir. Azərbaycan 2007-ci ildə bu auditdən keçmişdir. Auditin nəticələri sübut edir ki, ölkəmizin mülki aviasiya sistemində uçuşların təhlükəsizliyi yüksək səviyyədədir.

ADMAA-nın direktoru vurğulamışdır ki, İCAO-nun üzvü olan bəzi dövlətlərin auditdən imtina etdiyi bir vaxtda, Azərbaycan bu yoxlamaların nəticələrini daim şəffaf saxlayır. Biz audutin yekunlarını İCAO-nun internet saytına təqdim etmişik maraqlananlar bu nəticələrlə tanış ola bilərlər.

 

 

Azərbaycan.- 2010.- 13 fevral.- S. 6.