Vyanada Avstriya-Azərbaycan Ticarət Palatası təsis edilmişdir

 

Fevralın 11-də Vyanada yeni təsis edilmiş Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) ilk iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov yeni yaradılmış təşkilata uğurlu fəaliyyət arzulamışdır. Bildirilmişdir ki, Azərbaycan ilə Avstriya arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılması yüksək səviyyəli səfərlərin həyata keçirilməsi gözlənilir. İkitərəfli əlaqələrin belə mühüm dövründə bu təşkilatın yaradılması gələcəkdə iqtisadi əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Həmtəsisçilərdən biri - "asp.holding GmbH" şirkətinin rəhbəri Alon Şklarek qeyd etmişdir ki, müxtəlif sahələri əhatə edən təşkilatın məqsədi nəinki Azərbaycan ilə Avstriya arasında, eləcə Azərbaycanla Mərkəzi Avropa arasında biznes əlaqələrinin inkişaf etdirilməsinə yönəlmişdir.

OMV, "asp.holding GmbH" "Lansky, Ganzger & Partner" şirkətləri tərəfindən təsis edilən təşkilatın ilk iclasında idarə heyəti seçilmişdir. Alon Şklarek palatanın prezidenti, "Lansky, Ganzger & Partner" vəkillər kontorunun rəhbəri Qabriel Lanski vitse-prezident OMV şirkətinin baş direktoru Volfqanq Ruttenstorfer idarə heyətinin üzvü, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov isə fəxri prezident olmuşlar.

Sonra Avstriya-Azərbaycan Ticarət Palatasının baş katibi Aleksandr Bedenski çıxış edərək, yaxın gələcək üçün təşkilatın hədəfə aldığı məqsədlərdən bəhs etmişdir. Qeyd edilmişdir ki, hər iki ölkədə qurmaq imkanlarının təşviq edilməsi, Avstriya Avropa İttifaqında müxtəlif məhsullarla əlaqədar bazarların tədqiqi biznes imkanlarının araşdırılması, biznes görüşlərinin təşkili işgüzar əlaqələrin qurulması, şirkətlər üçün məsləhət xidmətləri, sərgilərin, biznes forumlarının həyata keçirilməsi s. təşkilatın əsas fəaliyyət istiqamətlərini təşkil edəcəkdir. Bu ayın sonunadək təşkilatın internet saytı Azərbaycan, alman ingilis dillərində fəaliyyətə başlayacaqdır.

Həmçinin qeyd edilmişdir ki, Azərbaycanın bir sıra aparıcı şirkət banklarına yeni təsis edilmiş təşkilatda təmsil olunmaqla bağlı müraciət göndərilmişdir.

Gələn ay təşkilatın idarə heyətinin üzvlərinin Bakıya səfəri planlaşdırılır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2010.- 13 fevral.- S. 8.