Əhməd Davudoğlu: "Qazaxıstan ATƏT-in sədri kimi Dağlıq Qarabağ məsələsinin həllində mühüm addım atmalıdır"

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdir ki, Qazaxıstan ATƏT-in sədri kimi Dağlıq Qarabağ məsələsinin həllində mühüm addım atmalıdır.

Əhməd Davudoğlu Anadolu agentliyinə müsahibəsində Dağlıq Qarabağ problemini Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazaxıstanlı həmkarı Kanat Saudabayev ilə ətraflı müzakirə etdiyini söyləmişdir. Yaxın günlərdə Qazaxıstanın xarici işlər naziri bu məsələ ilə bağlı Bakıya Yerevana səfər edəcəkdir. Biz Qazaxıstan ilə birgə hərəkət etməyə hazırıq Türkiyə bu problemin həllində Astanadan mühüm addım atmasını gözləyir.

Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Londondakı çıxışına münasibət bildirən türkiyəli nazir demişdir ki, bu çıxışda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı real addım atmaqdan imtina edilir Türkiyədən niyyətini açıqlaması tələb olunur. Türkiyə dəfələrlə niyyətini bəyan etmişdir. Biz davamlı sülhün təmin olunması üçün atılacaq hər bir addımı dəstəkləyəcəyik.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 fevral.- S. 1.