Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Yozef Miqaşın etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Slovakiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Yozef Miqaşın etimadnaməsini qəbul etmişdir.

Yozef Miqaş fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu bildirildi, siyasi iqtisadi münasibətlərimizin daha da genişlənməsi üçün qarşılıqlı imkanların öyrənilməsinin zəruriliyi vurğulandı, ikitərəfli əməkdaşlığın daha da möhkəmlənəcəyinə inam ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 1.