Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Xuan Klos i Mateonun etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də İspaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Klos i Mateonun etimadnaməsini qəbul etmişdir.

Xuan Klos i Mateo fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Azərbaycan ilə İspaniya arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu vurğulandı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 1.