Azərbaycan ilə Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Elmar Məmmədyarov Slovakiyanın ölkəmizdə yeni təyin edilmiş səfiri Yozef Miqaş ilə görüşmüşdür.

Etimadnaməsinin surətini nazirə təqdim edən səfir Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu bildirmişdir. Y.Miqaş fəaliyyəti dövründə Azərbaycan ilə Slovakiya arasında iqtisadi, siyasi, mədəni digər sahələrdə münasibətlərin inkişafına genişləndirilməsinə çalışacağını demişdir. Nazir E.Məmmədyarov Y.Miqaşı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etmiş, Azərbaycan ilə Slovakiyanın beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini bildirmişdir.

Ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi üçün geniş potensialın olduğunu deyən nazir bu imkanların səmərəli istifadəsinin məqsədəmüvafiqliyini vurğulamışdır.

 

 

Azərbaycan.- 2010.-16  fevral.- S. 5.