Ölkəmizlə Qırğızıstan arasında əlaqələr yüksək səviyyədədir

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 15-də nazir Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycanda yeni təyin edilmiş səfiri Raimkul Attakurov ilə görüşmüşdür.

Etimadnaməsinin surətini nazirə təqdim edən səfir yeni təyinatından məmnunluğunu bildirmişdir. Fəaliyyəti dövründə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi, siyasi, mədəniyyət, təhsil digər sahələrdə münasibətlərin inkişafına genişləndirilməsinə çalışacağını deyən diplomat bunun üçün böyük potensialın olduğunu vurğulamışdır. Nazir E.Məmmədyarov R.Attakurovu Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik etmişdir.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir Azərbaycan-Qırğızıstan əlaqələrinin intensivləşdirilməsi üçün mövcud imkanlardan daha səmərəli istifadə olunmasının məqsədəmüvafiqliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 5.