Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişafı üçün geniş potensial vardır

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 15-də nazir Elmar Məmmədyarov İspaniyanın Azərbaycanda yeni təyin edilmiş səfiri Xuan Klos i Mateo ilə görüşmüşdür.

Etimadnaməsinin surətini nazirə təqdim edən X.Klos i Mateo Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu bildirmişdir.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan diplomat Azərbaycan-İspaniya əlaqələrinin genişləndirilməsi istiqamətində çalışacağını demişdir. Səfiri yeni təyinatı münasibətilə təbrik edən nazir E.Məmmədyarov Azərbaycan ilə İspaniya arasında əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 5.