Gənc Liderlər"
Uşaq və Gənclər Təşkilatı
"email aksiya" təşkil etmişdir
Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı qeyd etmişdir ki, "email aksiya" çərçivəsində təşkilatın üzvləri dünya miqyasında nüfuzlu 2 minədək şəxsin ünvanına Xocalı faciəsindən bəhs edən ingilis dilində material göndərmişlər. Göndərilən məlumatlarda Xocalı soyqırımının tarixi, nəticələri və günahkarları barədə ətraflı informasiya öz əksini tapmışdır.
Məlumatlar müxtəlif beynəlxalq təşkilatlara, ABŞ, Avstriya, Rusiya, İsrail, Almaniya parlamentlərinin deputatlarına, dünyanın müxtəlif gənclər təşkilatlarına və digər ünvanlara göndərilmişdir.
"Gənc Liderlər" bu cür təbliğatı "Facebook" internet şəbəkəsi vasitəsilə də davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 16 fevral.- S. 6.