Türkiyədə Bəxtiyar Vahabzadəyə həsr olunmuş simpozium keçirilmişdir

 

Atatürk Mədəniyyət, Dil Tarix Qurumu, Atatürk Mədəniyyət Mərkəzi, Ərdahan valiliyi, Ərdahan Universiteti Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə fevralın 13-14-də Ərdahan şəhərində "Azadlığın səsi: Bəxtiyar Vahabzadə" mövzusunda simpozium keçirilmişdir.

Türkiyə Azərbaycandan gəlmiş alimlər görkəmli şairin həyat yaradıcılığından, türk dünyası ədəbiyyatına töhfələrindən bəhs etmişlər.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli dahi Azərbaycan şairinin qardaş ölkədə anılmasını xalqlarımız arasında birliyin təzahürü kimi qiymətləndirmiş, Türkiyə ziyalılarının Azərbaycan mədəniyyətinə verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirmişdir.

Bəxtiyar Vahabzadənin Türkiyə Azərbaycan xalqlarına xitabla söylədiyi "bir ananın iki övladı, bir ağacın iki budağı" kəlamının bu gün Ərdahanda yaşandığını vurğulayan natiq demişdir ki, şair türk dünyasının birliyinin Türkiyə Azərbaycanın birliyi ilə mümkün olacağını söyləmişdir.

Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz tədbirin əsas məqsədinin Türkiyə-Azərbaycan dostluğunun möhkəmlənməsinə töhfə vermək olduğunu demişdir.

Simpozium iştirakçıları daha sonra Ərdahanın görməli yerləri, tarixi mədəniyyət abidələri ilə tanış olmuş, məşhur türk aşığı Şərəf Taşlıovanın konsertini izləmişlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 6.