Litva Respublikasının Prezidenti zati-aliləri xanım Dalya Qribauskayteyə

 

Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva münasibətləri son illərdə dinamik inkişaf yolu keçərək istər ikitərəfli qaydada, istərsə beynəlxalq qurumlar layihələr çərçivəsində səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə birgə işimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına əmin-amanlıq firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 1.