Belçikanın Kralı əlahəzrət II Albertə

 

Əlahəzrət!

Brüssel şəhəri yaxınlığında baş vermiş ağır dəmir yolu qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxın adamlarına, bütün Belçika xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.- 17 fevral.- S. 1.