Xocalı faciəsi ilə bağlı materiallar ilbəil artır və təkmilləşir

 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov bildirmişdir ki, Xocalı soyqırımının ildönümü ilə bağlı bu il də xaricdə Azərbaycanın səfirlikləri vasitəsilə müxtəlif tədbirlər keçiriləcək, foto, video və digər materiallar nümayiş etdiriləcəkdir.

Bu iş artıq neçə illərdir ki, həyata keçirilir. Xocalı faciəsi ilə bağlı materialların ilbəil çoxalması və təkmilləşməsi bu tədbirlərin səmərəliliyini artırır.

E.Poluxov vurğulamışdır ki, bu həftənin sonundan başlayaraq Xocalı soyqırımının ildönümü ilə bağlı xaricdə keçiriləcək tədbirlərdə diasporumuzun nümayəndələri də iştirak edəcəklər.

Xarici ölkələrdə Xocalı soyqırımı ilə bağlı bəzən hiss olunan məlumat azlığını aradan qaldırmaq üçün XİN tərəfindən materiallar hazırlanır, eyni zamanda, Azərbaycan səfirlikləri də müxtəlif xarici elmi mərkəzlərdə bununla bağlı məsələ qaldırırlar.

 

 

Azərbaycan.- 2010.-17  fevral.- S. 1.