Xocalı soyqırımını törədən cinayətkarların onların havadarlarının məsuliyyətə cəlb olunması Polis Akademiyasının hər bir əməkdaşının müdaviminin tələbidir

 

Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin Polis Akademiyasında silsilə anım tədbirləri keçirilmişdir. Akademiyanın zabit-müdavim heyəti "Xocalının harayı" abidəsini ziyarət etmiş, soyqırımı qurbanlarının abidəsi önünə tər çiçəklər düzmüşlər.

Polis Akademiyasının klubunda, ümumi kitabxanasında kursların yataqxanalarında Xocalı faciəsini əks etdirən foto-stendlər qurulmuş, müdavimlərə qanlı qırğının səbəbləri onu törədən cinayətkarlar barədə mühazirələr oxunmuş, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirlərdə vurğulanmışdır ki, respublikamızın azadlığı müstəqilliyi uğrunda şəhid olan Azərbaycan oğul qızlarının şücaət qəhrəmanlıqları Polis Akademiyasının şəxsi heyəti üçün Vətənə sevgi ehtiramın bariz nümunəsi olaraq yaddaşlarda əbədi yaşayacaqdır. Bu faciələri törədən erməni cinayətkarlarının onların havadarlarının məsuliyyətə cəlb olunması, torpaqlarımızın düşmən tapdağından azad edilməsi Polis Akademiyasınının hər bir əməkdaşının müdaviminin tələb istəyidir. Çıxış edənlər əmin olduqlarını bildirmişlər ki, tezliklə işğal altında olan torpaqlarımız azad ediləcək, şəhidlərimizin, o cümlədən 20 Yanvar Xocalı qurbanlarının günahsız tökülən qanı yerdə qalmayacaq, bu qırğınların təşkilatçıları icraçıları mütləq xalqımız bəşəriyyət qarşısında cavab verəcəklər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 fevral.- S. 1.