“Azərbaycan Respublikasında
yaradılmış milli parkların əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli
fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Akademik Həsən Əliyev
adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25
noyabr tarixli 606 nömrəli Sərəncamının
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. “Azərbaycan
Respublikasında yaradılmış milli parkların əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, ¹ 8, maddələr 614, 625; 2005-ci il, ¹ 8, maddə 715; 2007-ci
il, ¹ 11, maddə 1110; 2008-ci il, ¹ 6, maddə 500):
1.1. 1.1-ci bənddə
“Ordubad Milli Parkı” sözləri “Zəngəzur Milli
Parkı” sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla
təsdiq edilmiş “Akademik Həsən Əliyev adına Azərbaycan
Respublikasının Ordubad Milli Parkı haqqında Əsasnamə”nin
adında və 1.1-ci bəndində “Ordubad Milli Parkı”
sözləri “Zəngəzur Milli Parkı” sözləri ilə
əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2010-cu il.
Azərbaycan.- 2010.- 18 fevral.- S. 1.